...

Emal sənayesində məhsul istehsalının həcmi 19 milyard manatı ötüb

İqtisadiyyat Materials 5 Fevral 2025 11:46 (UTC +04:00)
Emal sənayesində məhsul istehsalının həcmi 19 milyard manatı ötüb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda emal sənayesində 19,1 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 1,06 milyard manat və ya 5,9% çoxdur. 2023-cü ildə ölkədə emal sənayesində 18,04 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal sənayesində neft məhsullarının istehsalı sahəsində məhsul istehsalının həcmi 4,7 milyard manat təşkil edib ki, bu da, illik müqayisədə 0,2 milyard manat, yaxud da 4,8% artım deməkdir. 2023-cü ildə bu sahədə məhsul istehsalının həcmi 4,5 milyard manat təşkil edib.

İkinci ən çox istehsal qida məhsulları sahəsində olub. Bu sahədə istehsal olunan məhsulların həcmi 4,6 milyard manat olub. Bu, 2023-cü illə müqayisədə 0,1 milyard manat, yaxud da 3,3% çoxdur. 2023-cü ildə bu sahədə məhsul istehsalının həcmi 4,5 milyard manat idi.

Digər ən böyük istehsalat həcmi kimya sənayesi məhsullarının istehsalında əldə olunub. Kimya sənayesində məhsul istehsalının həcmi 1,556 milyard manat təşkil edib ki, bu da, illik müqayisədə 6 milyon manat və ya 0,4% çoxdur.

Ötən il emal sənayesində istehsalın dinamikası 2,2%, qeyri-neft emal sənayesi üzrə dinamikası isə 10,3% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti