...

AzMİU və UZGE İnstitutu arasında strateji görüş: beynəlmiləlləşmə və elmi potensialın gücləndirilməsinə doğru növbəti addım (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2025 10:55 (UTC +04:00)
AzMİU və UZGE İnstitutu arasında strateji görüş: beynəlmiləlləşmə və elmi potensialın gücləndirilməsinə doğru növbəti addım (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq elmi əməkdaşlığını genişləndirmək və tədqiqatyönümlü universitetə çevrilmək istiqamətində növbəti addımı atıb. Bu çərçivədə Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən UZGE – Milli Zəmin Təhlükəsizliyi İnstitutunun rəhbəri dosent Gültəkin Coşqun AzMİU-nun qonağı olub.

Səfər çərçivəsində dosent Gültəkin Coşqun AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımovla görüşüb. Türkiyə-Azərbaycan Universitetinin (TAU) və AzMİU nümayəndələrinin də iştirak etdiyi görüşdə universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsi, elmi-tədqiqat imkanlarının artırılması və innovativ həllərin sənaye ilə inteqrasiyası müzakirə olunub.

Gültəkin Coşqun UZGE İnstitutunun fəaliyyəti barədə məlumat verərək metrologiya və döşəmə təhlükəsizliyi sahəsində yüksək keyfiyyətli sınaq və sertifikatlaşdırma xidmətlərinin təqdim olunduğunu vurğulayıb. O, institutun helkopter eniş zolaqları və müxtəlif növ döşəmə örtüklərinin sürtünmə əmsallarının tədqiqi sahəsində apardığı araşdırmaların əhəmiyyətindən danışaraq bu istiqamətdə AzMİU və TAU ilə əməkdaşlığın prioritet olduğunu qeyd edib.

Prorektor Akif Qasımov universitetin beynəlxalq tədqiqat şəbəkələrinə inteqrasiyasının və sənaye ilə əlaqələrinin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını bildirərək UZGE İnstitutu ilə əməkdaşlığın elmi potensialın artırılması və innovativ həllərin tətbiqi baxımından vacib olduğunu vurğulayıb.

Görüşdə elmi-tədqiqat layihələrinin birgə icrası, texnologiya transferi, metrologiya və standartlaşdırma üzrə birgə laboratoriyaların qurulması, beynəlxalq elmi jurnallarda məqalələrin nəşri və sənaye ilə innovativ həllərin tətbiqi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti