...

Azərbaycanın zəlzələdən sonra Türkiyəyə dəstəyi qardaşlığımızın sarsılmaz və əbədi olduğunu dünyaya nümayiş etdirdi – ŞƏRH

Siyasət Materials 5 Fevral 2025 13:30 (UTC +04:00)
Azərbaycanın zəlzələdən sonra Türkiyəyə dəstəyi qardaşlığımızın sarsılmaz və əbədi olduğunu dünyaya nümayiş etdirdi – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İki il öncə Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələ təkcə qardaş ölkəni deyil, həm də bizləri də sarsıtdı. Türkiyədə 7,4 maqnitudalı zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başladı. Lakin hər zaman olduğu kimi, bu dəfə də Türkiyə-Azərbaycan qardaşlığı örnək təşkil etdi. Belə ki, Türkiyəyə yardım üçün müraciət edən ilk ölkə Azərbaycan oldu.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Türkiyəyə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri göndərib:

“Bundan sonra isə Azərbaycanda istər dövlət, istərsə də xalq tərəfindən qardaş ölkəyə yardımlar edildi. Azərbaycanın müxtəlif yerlərində yardım məntəqələri təşkil olundu. Eyni zamanda, Azərbaycanın gənc könüllüləri də fəlakət zonasına gedərək insanlara dəstək odlular”.

Deputat bildirib ki, Azərbaycan dövlətinin hesabına Kahramanmaraşda “Azərbaycan” məhəlləsi salınıb.

“Artıq bu məhəllədki tikilmiş mənzillərin sahiblərinin ilk qrupu 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümündə püşkatma vasitəsilə müəyyən olunacaq. Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tək yaşayış binaları və ticarət meydanlarından ibarət deyil, burada, həmçinin, məktəb və mədəniyyət mərkəzi də inşa edilib.

Layihə çərçivəsində aparılan işləri yaxın aylarda bitirmək planlaşdırılıb. Bundan sonra məskunlaşma prosesi başlayacaq. Bütün bunlar da Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu bir daha dünyaya nümayiş etdirir”, - V.İskəndərov qeyd edib.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan dövləti hadisə baş verən ilk andan sonadək Türkiyənin yanında olub:

“İki il öncə Türkiyədə baş verən zəlzələ nəticəsində, təssüflər olsun ki, bizim xeyli sayda qardaşımız həyatını itirdi, bir neçə şəhər və rayonda ağır tələfat baş verdi, ölkə iqtisadiyyatına xeyli ziyan dəydi. Prezident İlham Əliyev tərəfindən Türkiyəyə hərtərəfli dəstək göstərilməsi üçün tapşırıqlar verildi. Azərbaycan dövləti ilk andan Türkiyə ilə birlikdə xilasetmə işlərinə cəlb olundu, bütün ehtiyac meyarları üzrə Türkiyəyə əlindən gələn dəstəyi göstərdi. Azrbaycan xalqı da kimin gücü nəyə çatırsa, Türkiyəyə yardım göndərmək üçün səfərbər oldu”.

Deputat xatırladıb ki, bir neçə yardım yığım məntəqələrində yardımlar toplanıb və koordinasiyalı şəkildə Türkiyədə zəlzələdən ziyan görmüş şəxslərə çatdırılıb.

“Bunlarla yanaşı, Azərbaycan xilasediciləri türkiyəli həmkarları ilə birlikdə xilasetmə işlərinə öz töhfələrini verdilər. Qardaş kimi üzərimizə nə düşürdüsə, hər şeyi artıqlaması ilə etdik. Sevinirik ki, bu məsələdə əlimizdən gələn köməyi Türkiyə xalqına göstərə bildik. Azərbaycan tərəfindən Prezident İlham Əliyevin göstərişi ilə Kahramanmaraşda şəhərciyin tikilməsi həyata keçirilir. Biz inanırıq ki, həmin ərazidə bu şəhərcik tezliklə istifadəyə veriləcək. Bu da dar gündə Azərbaycanın Tarkiyəyə göstərdiyi dəstəyin xatirəsi olaraq tarixdə qalacaq, yad ediləcək”, - deyə N.Həmzəyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti