...

2024-cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb? – STATİSTİKA

Cəmiyyət Materials 5 Fevral 2025 11:25 (UTC +04:00)
2024-cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb? – STATİSTİKA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanan proqramların məzmun-janr statistikasını hazırlayıb.

Trend xəbər verir ki, statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında ötən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

23,4% - informasiya və analitik proqramlar
16,0% - idman proqramları
14,1% - reklam məzmunlu materiallar
13,5% - musiqi və əyləncəli proqramlar
12,8% - bədii filmlər və seriallar
8,7% - mədəni-maarif janrında proqramlar
3,3% - anonslar və elanlar
3,1% - sənədli film və materiallar
2,8% - sosial proqramlar
1,2% - uşaq proqramları və cizgi filmləri
1,1% - sosial çarxlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti