Bakı. Trend:
ABŞ-nin Hərbi Hava Qüvvələrinə aid iki F-35 qırıcısı Yaponiyanın Sikoku adasında yerləşən Matsuyama hava limanına məcburi eniş edib.
Trend xəbər verir ki, bu haqda “Ehime Online” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qırıcıların məcburi enişinə səbəb yanacağın azlığı olub.
İnsident aeroportun işinə təsirsiz ötüşməyib. Nəşrin məlumatına əsasən, Osakadan olan mülki təyyarə eniş üçün 13 dəqiqə səmada gözləməli olub.