...

Ötən il Azərbaycan qurğuşun ixracından 15 milyon dollar qazanıb

İqtisadiyyat Materials 5 Fevral 2025 12:08 (UTC +04:00)
Ötən il Azərbaycan qurğuşun ixracından 15 milyon dollar qazanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan 15,2 milyon ABŞ dolları dəyərində 7,4 min ton qurğuşun və ondan hazırlanan məmulatlar ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 562 min ABŞ dolları və ya 3,8%, həcm ifadəsində isə 390 ton və ya 5,6% çoxdur.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1,3 milyard manatlıq məhsul istehsal edilib. Hazır metal məmulatlarının istehsalı sahəsində 38,9%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1% artım müşahidə olunub.

2024-сü ildə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1%, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 20%, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 17,9% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti