Bakı. Trend:
Bakı şəhərinin iki rayonunda enerji təchizatının dayanıqlığının artırılması ilə bağlı yeni işlərə başlanılır.
Trend-in əldə etdiyi məlumata görə, söhbət Sabunçu və Xətai rayonlarının enerji təchizatından gedir.
Belə ki, qeyd olunan iki rayonun paylayıcı elektrik şəbəkələrində enerji təchizatının dayanıqlığının artırılması məqsədilə görülməsi vacib olan işlər icra olunacaq.
Məlumata görə, artıq bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində (ASC) müvafiq tədbirlərə start verilib.
ASC Sabunçu və Xətai rayonlarında sözügedən işlərin icrasına 9,1 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.