Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 9,4 milyard manat təşkil edib.
Bu barədə Trend AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 793,1 milyon manat və ya 7,7% azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,9 milyard manat və ya 43,8% artıb.
Qeyd edək ki, ötən ilin dekabrın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 10,2 milyard manat, 2024-cü ilin yanvarın 1-nə isə 6,5 milyard manat təşkil etmişdi.