...

“Mastercard” Azərbaycanda NFC əməliyyatlarının sayını artırmaq niyyətindədir

Telekommunikasiya Materials 26 Oktyabr 2024 10:10 (UTC +04:00)
“Mastercard” Azərbaycanda NFC əməliyyatlarının sayını artırmaq niyyətindədir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin sonuna yaxınlaşdıqca və 2025-ci il üçün perspektivləri nəzərə alaraq, “Mastercard Azerbaijan” ölkədəki rəqəmsal mövcudluğunu daha da dərinləşdirməyə yönəlir.

Bunu Trend-ə “Mastercard”ın Azərbaycandakı regional meneceri Emil Zeynalov bildirib.

"Biz təmassız ödənişlərin sayının artacağını gözləyirik və 2025-ci ilin ortalarına qədər ölkədaxili alış-verişlərdə NFC əməliyyatlarının sayını ümumi ödənişlərin 40 faizindən çoxuna çatdırmağı planlaşdırırıq. Bundan əlavə, konsultant komandamız rəqəmsal innovasiyaların təşviqində və Azərbaycanda nağdsız iqtisadiyyatın inkişafına dəstəkdə mühüm rol oynayacaq. Bu təşəbbüs daha əlaqəli, səmərəli və inklüziv maliyyə sisteminin qurulmasına yönəlmiş daha geniş strategiyamızla uyğundur”, – o bildirib.

Onun sözlərinə görə, “Mastercard” ofis sahələrini genişləndirib, bu da onların Azərbaycan bazarına sadiqliyini və artımını əks etdirir.

"Hal-hazırda müştəri bağlılığını artırmaq və rəqəmsal innovasiyaları tətbiq etmək məqsədi daşıyan yeni kampaniyalarımızı dəstəkləmək üçün yerli konsultant komandasını yaratmaq prosesindəyik. Bu səylər istifadəçilərimiz üçün effektiv təcrübə yaratmağa yönəlmiş ümumi strategiyamıza uyğun gəlir və Azərbaycanda daha inklüziv maliyyə ekosisteminin formalaşmasına töhfə verir”, – o əlavə edib.

Qeyd edək ki, Mastercard kredit, debet və öncədən ödənişli kartlar daxil olmaqla, maliyyə xidmətləri göstərən beynəlxalq ödəniş sistemidir. O, kart sahiblərinə dünya üzrə milyonlarla satış nöqtələrində nağdsız ödənişlər etmək imkanı verir. Mastercard həmçinin banklara, ticarət qurumlarına və digər maliyyə institutlarına texnoloji həllər təqdim edir. Mastercard kartları bir çox ölkələrdə qəbul edilir və geniş çeşiddə əməliyyatlar, o cümlədən, mağazadaxili alış-verişlər, onlayn əməliyyatlar, bankomatlardan nağd pul çıxarılması və digər maliyyə əməliyyatları üçün istifadə olunur.

Xəbər lenti

Xəbər lenti