Bakı. Trend:
Ağdərə rayonunun Talış kəndində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin binasının tikintisi işlərinə başlanılır.
Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi hazırlıq işlərinə start götürüb.
Qurum sözgüdən işlərin icrasını "FİM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 2.439.616,19 manat olan müqavilə bağlayıb.
Xatırladaq ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində, Zəngilan, Qubadlı və Füzuli rayonunda DYMX-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə depo binasının inşası nəzərdə tutulub. Həmçinin Şuşa və Ağdam rayonunda da Dövlət Yanğından Mühafizə Xidməti üçün binaların inşası üçün hazırlıqlara başlanılıb.