...

Gürcüstan Prezidenti Tbilisidəki seçki məntəqəsində səs verib

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 09:17 (UTC +04:00)
Gürcüstan Prezidenti Tbilisidəki seçki məntəqəsində səs verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə 67 nömrəli məktəbdə yerləşən seçki məntəqəsində səs verib.

Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

"Mən bu ölkəyə 22 il əvvəl gəlməyimə səbəb olan, əcdadlarımın dua etdiyi yeni Gürcüstan üçün səs verdim. Heç kim uduzmayacaq, çünki Gürcüstan qalib gələcək", — o bildirib.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti