...

Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti dəyişdiriləcək

Cəmiyyət Materials 26 Oktyabr 2024 09:59 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

"Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti