...

İran ordusu bəyanat yaydı: iki hərbçi ölüb

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 12:09 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin ötən gecə İrana hücumu nəticəsində 2 hərbçi ölüb.

Trend-in ölkənin yerli KİV-lərinə istinadən məlumatına görə, bununla əlaqədar İran ordusu bəyanat yayıb.

Bəyanata əsasən, hərbçilər Havadan Müdafiə Sistemləri ilə İsrailin raketlərini vurarkən ölüblər.

Qeyd edək ki, ötən gecə İsrail İranın Tehran, Xuzistan və İlam vilayətlərində hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb. İranın Havadan Müdafiə Qərargahı hava hücumuna reaksiya verdiyini və məhdud şəkildə zərər dəydiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti