...

Serbiya Avropanın təlqin etdiyi qeyri-ənənəvi dəyərlərdən yorulub – Nazir

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 13:00 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Avropanın təlqin etdiyi qeyri-ənənəvi dəyərlərdən yorulub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiyanın innovasiya və texnoloji inkişaf naziri Nenad Popoviç bildirib.

O qeyd edib ki, ölkəsində Avrointeqrasiya tərəfdarlarının sayı azalmaqdadır. Bu gün serbiyalıların təxminən 40 faizi Avrointeqrasiya tərəfdarıdır. Ancaq əvvəllər olanların sayı daha çox idi, çünki insanlar buna inanırdılar.

"Bir zamanlar hər kəs onlara inanırdı, indi isə bu inam tükənib. Daha bir məsələ isə ondan ibarətdir ki, Avropa Serbiya xalqının genetikası ilə uzlaşmayan dəyərləri təlqin etməyə çalışır. Onlar hətta uşaqların belə qeyri-ənənəvi üsullarla dünyaya gəlməsinin tərəfdarıdır. Nəyə görə bu dəyərlər insanlara təlqin edilir? Biz serblər bunun əleyhinəyik”, - Nenad Popoviç deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti