Bakı. Trend:
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Təftan rayonunda baş verən silahlı insidentdə 10 polis əməkdaşı ölüb.
Trend bu barədə İran KİV-ə istinadən xəbər verir.
Hadisə polis əməkdaşlarının reydi zamanı baş verib. Hadisə ilə əlaqədar əlavə məlumat verilməyib.
İranın daxili işlər naziri Eskəndər Momeni hadisənin ətraflı şəkildə araşdırılmasına göstəriş verib.