Bakı. Trend:
Azərbaycanın iqtisadiyyat naziri Türk Dövlətləri Təşkilatının (TDT) Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci iclasında iştirak edəcəK.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.
“Türkiyəyə işgüzar səfərimiz çərçivəsində dost ölkələrdən olan həmkarlarımızla Türk Dövlətləri Təşkilatının elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcəyik. Birgə fəaliyyətimizi gücləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik”, - paylaşımda qeyd olunub.