...

Yeni tarixlər yazmağa çalışacam - Dünya çempionumuz

İdman Materials 26 Oktyabr 2024 13:26 (UTC +04:00)

Bakı. Trend:

Mənim qələbəmə sevinən, azarkeşlik edən Azərbaycan xalqına təşəkkürümü bildirirəm.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin güləşçisi Jalə Əliyeva (57 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatındakı qızıl medal qazanmasını şərh edib. Federasiyanın mətbuat xidmətinə təəssüratlarını bölüşən Əliyeva bildirib ki, bundan sonra da əzimlə hazırlaşıb, yeni tarixlər yazmağa, qələbələr qazanmağa çalışacaq: “Ən əsası 3 rəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq istəyirəm. Daha möhtəşəm uğurlarımız qabağdadır. Bu, dünya çempionluğum digər güləşçi qızlarımıza açılan yol olsun”.

Qeyd edək ki, Jalə Əliyeva U-23 dünya çempionu olan ilk qadın güləşçimiz olub.

Xəbər lenti

Xəbər lenti