...

İranın bəzi məkanlarına zərər dəyib

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 10:08 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin hücumları nəticəsində İranın bəzi məkanlarına məhdud zərər dəyib.

Trend xəbər verir ki, bu barədə İranın Havadan Müdafiə Qərargahının ictimaiyyətlə əlaqədar şöbəsi məlumat yayıb.

Məlumata görə, hazırda dəyən zərər araşdırılmaqdadır.

İranın Havadan Müdafiə Qərargahı bildirir ki, İsrailin İranın Tehran, Xuzistan və İlam vilayətlərində hərbi obyektlərə olunan hücumuna Havadan Müdafiə Sistemi vasitəsi ilə reaksiya verilib.

İranın Havadan Müdafiə Qərargahı hücumla əlaqədar əlavə məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, ötən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti