...

Şuşada bərpa işləri sürətlə həyata keçirilir — ABŞ-dən olan səyyah

Cəmiyyət Materials 26 Oktyabr 2024 14:04 (UTC +04:00)
Şuşada bərpa işləri sürətlə həyata keçirilir — ABŞ-dən olan səyyah
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada bərpa işləri sürətlə həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə ABŞ-dən olan səyyah Felisiya Bono Böyük Britaniyanın “Piki Reels” klubunun nümayəndə heyəti ilə Şuşa şəhərinə səfəri zamanı jurnalistlərə bildirib.

“Burada aparılan bərpa işləri və tikinti məni heyran etdi. Binaların bərpa işləri tarixi üslubda aparılır. İşlər çox sürətlə gedir və mən məmnuniyyətlə bu şəhəri bir daha ziyarət edəcəyəm”, - o qeyd edib.

F. Bono əlavə edib ki, bu, onun Azərbaycana ikinci səfəridir - təxminən on il əvvəl Bakıda olub.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır. Bu, sadəcə bir turistik qrup deyil, 100-dən çox ölkəni gəzən beynəlxalq səviyyədə səyahətçilərdir.

Xəbər lenti

Xəbər lenti