...

"Gürcü Arzusu" bu ölkədə 12 illik sülhün təminatçısıdır - Şalva Papuaşvili

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 09:24 (UTC +04:00)
"Gürcü Arzusu" bu ölkədə 12 illik sülhün təminatçısıdır - Şalva Papuaşvili
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Gürcü Arzusu" bu ölkədə 12 illik sülhün təminatçısıdır.

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu səs verdikdən sonra jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

""Gürcü Arzusu" — bu gün gürcü xalqının sahib olduğu yeganə seçimdir, çünki bu gün biz şər və xeyir, imansızlıq və mənəviyyat arasında seçim edirik. Bu gün xalqımız nadir hallarda qarşılaşdığı bir seçim qarşısındadır. Buna görə də vacibdir ki, bu gün hamı seçki məntəqələrinə gedərək “Gürcü Arzusu”na dəstək versin. Bu, ölkədə 12 illik sülhün, Avropaya layiqli irəliləyişin və rifahın artımının təminatçısıdır”, —Ş.Papuashvili bildirib.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti