...

Sumqayıtın bir hissəsində içməli suyun verilişində fasilə yaranacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 26 Oktyabr 2024 11:41 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 28-də Sumqayıtın bir hissəsində içməli suyun verilişində fasilə yaranacaq.

Trend bu barədə Sumqayıt Sukanal idarəsinə istinadən məlumat verir.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d450mm-lik su kəmərində təmir bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq oktyabrın 28-də səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi, Qızıl qum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayon ev 72, 73, 74, 75 ünvanlarında suyun dayandırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti