...

Prezident İlham Əliyevin XVI BRICS Sammitində çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə sadiqliyini bir daha təsdiq etdi - Azər Qarayev

Siyasət Materials 26 Oktyabr 2024 16:45 (UTC +04:00)
Prezident İlham Əliyevin XVI BRICS Sammitində çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə sadiqliyini bir daha təsdiq etdi - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin XVI BRICS Sammitində çıxışı regional əhəmiyyət daşıyır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında etdiyi çıxış, Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə sadiqliyini bir daha təsdiq etdi.

"Azərbaycan 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə bu prinsipi təsdiqləyib və dünya səhnəsində öz mövqeyini gücləndirib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Asiya və Avrasiyada siyasi əməkdaşlıq təşəbbüslərinə önəm verdiyini, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sədri kimi öz təcrübəsindən istifadə etdiyini vurğuladı. Bu çərçivədə, Azərbaycan regionda daha geniş iqtisadi və siyasi əlaqələrin qurulmasına səy göstərir", - o əlavə edib.

A.Qarayev vurğulayıb ki, Azərbaycanın Avrasiya nəqliyyat mərkəzi vacib rol oynayır:

"Prezident İlham Əliyev çıxışında Azərbaycanın həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərində strateji birləşdirici ölkə olduğunu qeyd etdi. Azərbaycan mövqeyi və müasir infrastruktur imkanları ilə bu nəqliyyat yollarının əhəmiyyətli bir hissəsinə çevrilib, tranzit yük həcmini artıraraq qlobal nəqliyyat dəhlizlərinin gücləndirilməsinə və yeni investisiyaların cəlb edilməsinə töhfə verir".

COP29 Beynəlxalq İqlim Konfransından da bəhs edən politoloq əlavə edib ki, Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran digər bir mühüm hadisə isə COP29 Beynəlxalq İqlim Konfransının Bakıda keçiriləcək olmasıdır:

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı, ölkənin iqlim dəyişikliyi mövzusunda qlobal əməkdaşlığa verdiyi dəstəyi əks etdirir. Bu tədbir Azərbaycanı Qlobal Cənub və Şimal arasında iqlim üzrə əməkdaşlıq üçün mühüm bir platforma kimi möhkəmləndirəcəkdir".

Prezident İlham Əliyev və baş nazir Paşinyan arasında baş tutan görüşə toxunan A.Qarayev qeyd edib ki, bu görüşü sülhə növbəti addım kimi saymaq olar.

"Sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirildi. Görüşdə hər iki lider, iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işləri tez bir zamanda tamamlamaları üçün tapşırıq verdilər. Bu görüş, hər iki tərəfin sülh prosesinə sadiqliyini göstərsə də, Ermənistanın əvvəlki razılaşmaları pozma cəhdləri Azərbaycanda bəzi suallar doğurur", - politoloq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti