...

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 96%-i həll edilib

İqtisadiyyat Materials 26 Oktyabr 2024 16:31 (UTC +04:00)
Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 96%-i həll edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 1 230 müraciət daxil olub.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, onların da 91,3 %-ni ərizələr, 8,6 %-ini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Bildirilib ki, müraciətlərin 98,4 %-in baxılması bu ilin 9 ayı ərzində başa çatdırılıb, 1,6 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 96 %-i həll olunub, 2,3 %-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

Qeyd olunub ki, bu ilin 9 ayında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 83 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti