...

“Gürcü Arzusu” artıq parlamentdə zəmanətli çoxluğa malikdir - Kaxa Kaladze

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 17:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Gürcü Arzusu” artıq parlamentdə zəmanətli çoxluğa malikdir.

Trend gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tbilisi meri, “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze brifinqdə bildirib.

"Qeyd etmək lazımdır ki, üç saatlıq məlumatlar görünməmiş yüksək fəallıq nümayiş etdirir ki, bu da radikal müxalifətə uğur qazanmaq şansı qoymur. Yerli seçki qərargahından alınan ilkin məlumatlara görə, “Gürcü Arzusu” artıq Gürcüstan parlamentində zəmanətli çoxluğa malikdir, lakin konstitusiya çoxluğunu əldə etmək üçün son gücümüzü toplayaraq seçkilərə getməliyik", - K. Kaladze deyib.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti