Bu gün Azercell Telecom abunəçilərinin sayı təkcə regionlarda 850 min nəfərdir. Trend in verdiyi məlumata görə, regionlardakı abunəçilər şirkətin bütün abunəçilərinin ümumi sayının 40%-ni təşkil edir.
Regionlarda Azercell -in 9 mindən artıq nöqtəsi var və burada pre-paid, post-paid kartlar və nömrələrin satışı həyata keçirilir. Şirkətin regionlarda 108 dileri var.
Azercell xidmətlərindən ən çox istifadə edilən region Gəncədir.
Şirkət Sumqayıt, Quba, Şəki, Gəncə, Masallı, Naxçıvan, Sabirabad və s. kimi regionlarda ekspress mərkəzlərə malikdir.
2006-cı ildə şirkət Bakıda 6 və regionldarda 6 ekspress mərkəz açmaq niyyətindədir.