...

Azərbaycan və Gürcüstan yerüstü poçt mübadiləsi haqqında protokol imzalayıb

Telekommunikasiya Materials 22 İyun 2006 18:51 (UTC +04:00)

Qazax rayonunun "Qırmızı körpü" sərhəd məntəqəsində Azərğbaycan və Gürücstan poçt administrasiyaları arasında yerüstü nəqliyyatla poçt mübadiləsinin həyata keçirilməsilə bağlı görüş keçirilib. Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərpocht DM-nin poçt məsələləri üzrə müşaviri Nuşirəvan Osmanov və Gruziya Pochta-nın baş direktoru E.İntskirveli iştirak edib. Göürüşün sonunda yerüstü nəqliyyatla poçt daşınmaları haqqında ikitərəfli protokol imzalanıb.

Azərbaycanla Gürcüstan arasında imzalanmış protokola əsasən, beynəlxalq poçt mübadiləsi iyulun 1-dən həftədə iki dəfə həyata keçiriləcək. Gələcəkdə isə gündəlik iş rejiminə keçmək planlaşdırılır.

Sərhəd məntəqəsində yeni poçt şöbəsi də tikiləcək. Poçt şöəsinin layihəsi Azərpocht tərəfindən hazırlanaraq Qazax rayonu İcra Hakimiyyətinə təqdim olunub.

Hazırda Azərbaycan yalnız İranla poçt daşınmaları şəyata keçirir. Bu istiqamətdə Rusiya ilə danışaqlar gedir və ilkin protokol imzalanıb. Hazırda protokolun təfərrüatları dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti