Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ səfiri Enn Ders ilə görüşüb. Bu barədə Trend nazirliyə istinadən xəbər verir. Görüşdə Amerika şirkətlərinin oktyabr ayında Azərbaycanda BakuTel-2006 12-ci beynəlxalq informasiya və kommunikasiya texnologiyaları sərgisində iştirak məsələləri müzakirə edilib. Həmçinin sərgi zamanı ABŞ-ın Ticarət Departamenti ilə "Qarşılıqlı anlaşma haqqında" memorandumun imzalanma perspektivləri də müzakirə edilib. Səfir Amerika tərəfinin sənədini nazirə təqdim edib.
Həmçinin ABŞ-ın informasiya texnologiyaları üzrə koordinatoru Devid Qrossun sentyabrın 21-22-də Azərbaycana səfəri zamanı nəzərdən keçiriləcək məsələlər də müzakirə olunub.