...

Azərbaycanın dövlət orqanlarında internet resurslarının monitorinqinin metodologiyası hazırlanıb

Telekommunikasiya Materials 30 May 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Babayeva/ "İnformasiya Azadlığının İnkişafı" Koalisiyası QHT-si "Vətəndaşların informasiya azadlığının rellaşdırılmasına dəstək" layihəsi çərçivəsində dövlət orqanlarının internet resurslarının monitorinqinin metodologiyasını hazırlayıb.

"Multimedia" Mərkəzi QHT-nin məlumatında bildirilir ki, metodologiya informasiyanın əldə olunması haqqında qanuna uyğun olaraq dövlət orqanlarının internet resursları vasitəsilə informasiyanın əlverişliyi vəziyyətinin qiymətləndirilməsi üçün hazırlanıb.

Sənəd internet resursların qiymətləndirilməsi üçün lazımi kriteriya və parametlərin müəyyənləşdirilməsi, reytinq cədvəli, ayrıca dövlət saytları üzrə xülasə və rəylərin, həmçinin tövsiyələrin hazırlanmasını nəzərdə tutur.

Metodologiyaya keyfiyyət və kəmiyyətə görə dövlət orqanlarının internet resurslarının analizi və qiymətləndirilməsi daxildir. Kəmiyyət saytda yerləşdirilmiş informasiyanın həcmi, keyfiyyət aktuallığı və məlumatların məzmunluğunu nəzərdə tutur.

Qiymətləndirmə bal və əmsal sistemi üzrə aparıla bilər. Yekun ballar əsasında reytinq cədvəli hazırlana bilər.

Metodologiyanın təqdimatı iyunun 6-da Bakıda keçiriləcək dəyirmi masada baş tutacaq.

Xəbər lenti

Xəbər lenti