...

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı dəfələrlə artıb

Turizm Materials 24 Dekabr 2021 19:33 (UTC +04:00)
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı dəfələrlə artıb

Bakı. Trend:

2021-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə 47 556 nəfər səfər edib ki, bu da 2020-ci ilin noyabrı ilə müqayisədə 18 dəfə çoxdur.

Trend bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlıumat verir.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,7 faiz təşkil edib.

Yanvar-noyabr aylarında 413 420 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,57 faiz çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,81 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə 25,819 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,61 faiz çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti