...

Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağa dair danışıqlarda Ermənistana üstünlük verməyəcək - International Crisis Group

Nəzər nöqtəsi Materials 23 Oktyabr 2009 09:28 (UTC +04:00)
Ermənistanın Türkiyə ilə diplomatik münasibətlərinin bərpası prosesi Dağlıq Qarabağa dair danışıqlar prosesində Yerevanın qeyri-konstruktiv mövqeyinin səbəbi ola bilməz. Avropanın International Crisis Group proqramının direktoru Sabine Freyzer belə hesab edir.
Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağa dair danışıqlarda Ermənistana üstünlük verməyəcək - International Crisis Group

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir Y.Ostapenko/

Ermənistanın Türkiyə ilə diplomatik münasibətlərinin bərpası prosesi Dağlıq Qarabağa dair danışıqlar prosesində Yerevanın qeyri-konstruktiv mövqeyinin səbəbi ola bilməz. Avropanın International Crisis Group proqramının direktoru Sabine Freyzer belə hesab edir.

"Türkiyə ilə münasibətlərin normalaşdırılması Ermənistanı Azərbaycan ilə danışıqlar prosesində daha mülayim mövqe tutmağa sövq edəcək. Bunun səbəbi (danışıqlarda irəliləyişin olmaması) tərəflərin razılaşdırmalı olduqları məsələlərin çətinliyidir", - Freyzer Brüsseldən Trend -a bildirib.

Azərbaycan və Ermənistan dövlət başçılarının sonuncu görüşünün nikbinlik üçün əsas verməməyi ilə bağlı bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi iki-üç il bundan əvvəl razılaşdırılan məsələlərin müzakirəsini qaldırıb. Məmmədyarov sözügedən hərəkətləri regiondakı sonuncu hadisələr - Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqələndirir.

Oktyabrın 10-da Türkiyə və Ermənistan arasında 1993-cü ildə Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi səbəbindən pozulan diplomatik əlaqələrin bərpası haqqında müqavilə imzalanıb. İmzalanan protokollar Türkiyə Parlamentinə baxılması üçün verilib və yaxın zamanlarda təsdiqlənməsi üçün protokolların Ermənistan Parlamentinə verilməsi də gözlənilir.

Ankara və Yerevan arasında ixtilafın əsas səbəbləri 1915-ci ildə "erməni soyqırımı" və Ermənistanın Türkiyə ərazisi olan Şərqi Anadoluya ərazi iddiasıdır. Lakin ixtilaflara baxmayaraq, bu ilin aprel ayında münasibətlərin normalaşdırılmasının "yol xəritəsi" razılaşdırılıb.

"Ermənistan tərəfi yəqin hesab edir ki, bu istiqamətdə irəliləyişləri varsa, digərlərini dondurmaq olar", - Məmmədyarov bildirib.

Məmmədyarov hesab edir ki, Ermənistan tərəfinin bu addımı regionda baş verən son hadisələrlə - Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqədardır.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın sonuncu görüşü oktyabrın 9-da Kişnyovda baş tutub. Bu, dövlət başçılarının 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə yeddinci görüşüdür. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Freyzerin sözlərinə görə, Ermənistanın işğal olunmuş əraziləri nəzarətdə saxlamasında əsas arqument Ermənistanın özünü təcrid olunmuş hesab etməsi və öz müdafiəsinin təmin edilməsi üçün bu ərazilərə ehtiyacı olmasıdır.

"Ermənistan və Türkiyə sərhədləri açılacağı təqdirdə bu səbəb daha əsaslı olmayacaq. Ermənilərin dünyaya çıxışı yaranacaq və buna görə də bu ərazilərin təhlükəziliyinin zəmanəti qismində saxlanılması barədə danışmaq imkanı olmayacaq", - Freyzer bildirib.

"Azərbaycan və Ermənistan arasında baza prinsiplərinə dair müqavilənin indiyədək imzalanmamasının səbəbi ondan ibarətdir ki, tərəflərin razılaşdırmalı olduqları məsələlər çox çətindir", - Freyzer bildirib.

Həll olunmayan əsas məsələlərindən biri Dağlıq Qarabağın statusu məsələsidir. "Digər prinsiplər praktiki olaraq razılaşdırılıb", - Freyzer bildirib. Tərəflər silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə razılığa gəliblər, həmçinin bunun baş verdiyi halda güc tətbiq edilməməsinin dəstəklənməsinin vacibliyi qeyd olunub.

"Tərəflər yuxarıda sadalanan maddələr üzrə razılığa gəliblər. Ümid edirəm ki, hər iki tərəf artıq razılaşdırılan bütün maddələri kağızda əks etdirəcək müqavilə imzalaya biləcək", - Freyzer bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti