Bakı. Anaxanım Hidayətova - Trend:
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ölkənin icra hakimiyyətinə yeni dinamika gətirəcək və ictimai diplomatiya təşəbbüslərini işə salacaq.
Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən qəbul edilmiş qərar Azərbaycan qadınının ölkənin iqtisadi inkişafına töhfəsini nümayiş etdirir və Azərbaycanın dünyadakı nüfuzunu artıracaq.
O, Mehriban Əliyevanın Azərbaycanın bir çox ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlığını möhkəmləndirəcəyini deyib.
Bundan başqa ekspert qeyd edib ki, Birinci vitse-prezident multikulturalizm və dini tolerantlıq dəyərlərinin təşviqi istiqamətində də fəaliyyət göstərəcək.