...

İslandiyanın "Eurovision 2012" iştirakçıları: Bakını ilk baxışdan sevdik (MÜSAHİBƏ) (FOTO)

Eurovision-2012 Materials 17 May 2012 17:27 (UTC +04:00)
Birinci yarımfinalda "Never Forget" ("Heç vaxt unutmayacağam") mahnısı ilə çıxış edəcək "Eurovision 2012" mahnı müsabiqəsinin İslandiyadan olan iştirakçıları Qreta və Younsi Trend-ə eksklüziv müsahibə veriblər.
İslandiyanın "Eurovision 2012" iştirakçıları: Bakını ilk baxışdan sevdik (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Birinci yarımfinalda "Never Forget" ("Heç vaxt unutmayacağam") mahnısı ilə çıxış edəcək "Eurovision 2012" mahnı müsabiqəsinin İslandiyadan olan iştirakçıları Qreta və Younsi Trend-ə eksklüziv müsahibə veriblər.

- Azərbaycana xoş gəlmisiniz! "Buzlaqlar ölkəsi"nin nümayəndələri "Odlar ölkəsi"ndə özlərini necə hiss edirlər?

- Biz soyuq İslandiyadan isti Azərbaycana düşdük və ilk baxışdan sevdiyimiz gözəl şəhəriniz olan Bakıda özümüzü əla hiss edirik. Bakı hələ xeyli müddət qəlbimizdə qalacaq. Bakının əla havası, gözəl, mehriban və qonaqpərvər insanları var. "Bakı Kristal Zalı" isə sadəcə fantastikadır. Biz mətbəxiniz haqqında çox eşitmişdik, lakin reallıq gözlədiyimizdən xeyli yüksək oldu. Əla! Belə isti qəbula görə Azərbaycan xalqına təşəkkür edirik.

- "Bakı Kristal Zalı"nın səhnəsinə ilk dəfə çıxanda hansı hissləri keçirdiniz?

- Bu hissləri sözlə ifadə etmək çətindir. Qrimdən səhnəyə qədər hər şey yüksək səviyyədədir. İri zal, əla işıq texnikası... Bu səhnədə çoxmilyonlu auditoriya qarşısında çıxış etməkdən məmnun olacağıq.

- Sizi "Eurovision"un əsas favoritlərindıən biri hesab edirlər. Əsas rəqibiniz qismində kimi görürsünüz?

- Bu, İsveçdən Lorindir, onun əla mahnısı var. Həmçinin, Finlandiyadan Pernilla Karlsson və İsveçrədən "Sinplus" duetini qeyd etmək istərdik.

Xəbər lenti

Xəbər lenti