...

"Eurovision" təmsilçisi: Mahnımı Albaniyada qəzada ölənlərə ithaf edirəm (FOTO)

Eurovision-2012 Materials 23 May 2012 03:17 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 22-də keçirilən I yarımfinalında uğur qazanaraq finala addımlayan Albaniya təmsilçisi "Suus" adlı mahnısını Albaniyada qəzada ölənlərə ithaf edib.
"Eurovision" təmsilçisi: Mahnımı Albaniyada qəzada ölənlərə ithaf edirəm (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 22-də keçirilən I yarımfinalında uğur qazanaraq finala addımlayan Albaniya təmsilçisi "Suus" adlı mahnısını Albaniyada qəzada ölənlərə ithaf edib.

Trend-in məlumatına görə, bunu Albaniyanı təmsil edən Rona Nişliu çərşənbə günü yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib.

O, bütün karyerası ərzində həmişə inandığı hərəkətləri etdiyini deyib. Onun sözlərinə görə, bura da məhz 57-ci "Eurovision" müsabiqəsində qələbə qazanacağına inandığı üçün gəlib.

Albaniya finalda 3-cü yerdə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti