...

Estoniyanın "Eurovision 2012" təmsilçisi: Uğurlarımı beynəlxalq səviyyədə də təkrarlaya bilərəm (FOTO)

Eurovision-2012 Materials 25 May 2012 03:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.Mehdiyev/

"Eurovision 2012" mahnı müsabiqəsinin II yarımfinalında uğur qazanaraq finala addımlayan Estoniya təmsilçisi Ott Lepland ("Kuula") peşəkar ifaçılarla bir yerdə olduğu üçün sevincli olduğunu bildirib.

"Mən uğurlarımı beynəlxalq səviyyədə də təkrarlaya bilərəm. Ən əsası ölkəmi yüksək səviyyədə təmsil etməkdir. Beynəlxalq uğur üçün hələ çox çalışmalıyam. Finalda necə ifa edəcəyimi indidən söyləyə bilmərəm. Öz musiqilərimi yazmağı davam etdirəcəyəm", - Trend-in məlumatına görə, mətbuat konfransında Ott Lepland deyib.

Lepland finalda 11-cı sırada çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti