...

Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası Azərbaycan üçün ayrılan vəsaitlərin həcmini açıqlayıb

Informer Materials 25 Sentyabr 2023 12:10 (UTC +04:00)
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası Azərbaycan üçün ayrılan vəsaitlərin  həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) 2009-2013-cü illərdə Azərbaycan üçün ümumilikdə 83,4 milyon dollar vəsait ayırıb.

Bu barədə Trend-ə özəl müsahibəsində ITFC-in baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD - İslam İnkişaf Bankı qrupuna (IsDB) daxildir) baş direktoru vəzifəsini icra edən Hani Salem Sonbol deyib.

"Uzun illər ərzində ITFC Azərbaycanın iqtisadi inkişafına töhfə verən etibarlı tərəfdaş olub. 2009-2013-cü illərdə ITFC ümumilikdə 83,4 milyon ABŞ dolları həcmində vəsait ayırmaqla Azərbaycana tərəfdar olduğunu nümayiş etdirib. Bu mühüm maliyyə dəstəyi Azərbaycanda özəl sektoru dəstəkləməyə, eləcə də kiçik və orta sahibkarlığın (KOB) imkanlarını genişləndirməyə yönəlib", - o deyib.

Hani Salem Sonbol Azərbaycana son səfərinin ITFC və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşməsini əks etdirdiyi üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

"Azərbaycan ITFC-nin nüfuzlu üzv ölkəsidir və tərəfdaşlığımızın möhkəmlənməsinə böyük önəm veririk. Səfərimizin əsas səbəbi Azərbaycan hökumətinin nümayəndələri ilə məzmunlu müzakirələrdə iştirak etmək idi. Birlikdə əməkdaşlığımızın cari vəziyyətini qiymətləndirməyə, həmçinin ticari maliyyələşdirmə üzrə ITFC həlləri və "Trade Connect Central Asia+ (TCCA+)" flaqman proqramı çərçivəsində gələcək təkmilləşdirmə istiqamətində kurs müəyyən etməyə çalışdıq", - o deyib.

Hani Salem Sonbol əlavə edib ki, səfər zamanı əsas məqsəd bir sıra mühüm nəticələr əldə etmək, o cümlədən yerli bankla ticari maliyyələşdirmə barədə sazişin imzalanmasından ibarət olub.

"Bu saziş Azərbaycanda ticari-iqtisadi fəaliyiyətin dəstəklənməsinə sadiqliyimizin göstəricisi olacaq. Bundan əlavə, həm də islam maliyyəsi üzrə üçgünlük seminar təşkil etdik. Seminarın məqsədi islam maliyyələşdirmə mexanizmləri və onların Azərbaycanda istifadə imkanlarına dair qiymətli məlumat təqdim etməkdən ibarət idi. Seminar ITFC-nin potensialın möhkəmləndirilməsinə və bilik mübadiləsinə tərəfdar olduğunun sübutudur. Törəmə təşkilatımız olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasında (ICD) Azərbaycanda kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirmə xətlərinin genişləndirilməsi imkanlarını öyrənmişik. KOB iqtisadi artımın təşviq edilməsində və əmək məşğulluğu imkanlarının yaradılmasında həlledici rol oynayır və səylərimiz Azərbaycanın dayanıqlı iqtisadi inkişaf üzrə görüşlərinə uyğundur", - o deyib.

Hani Salem Sonbol Azərbaycana bu səfərin təkcə ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, həm də yerlərdə real təşəbbüslərin dəstəklənməsinə yönəldiyini qeyd edib.

"Bu məqsədlərin reallaşdırılması üçün azərbaycanlı tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirməyə hazırıq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Х: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti