...

İran hərbi və kosmik texnologiyalarının sürətli inkişafı blefdir - ekspert

Dünya xəbərləri Materials 11 Fevral 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir D.Xatınoğlu/ İran rəhbərlərinin ölkədə hərbi və kosmik texnologiyaların sürətli inkişafına dair verdiyi bəyanatlar siyasi blefdən başqa bir şey deyil, almaniyalı politoloq Mehran Bərati telefonla Trend ə bildirib.

İran prezidenti Mahmud Əhmədinejad yanvarın 11-də İran İslam İnqilabının il dönümündə verdiyi bəyanatda bildirib ki, İran elmi və texniki baxımdan sürətlə inkişaf edir. İranın İRNA Agentliyinin məlumatına əsasən, Əhmədinejad bildirib ki, ölkədə ilk dəfə olaraq istehsal olunan peyk bu ilin yayında ballistik raketlə səmaya göndəriləcək.

Rəsmi Tehran keçən həftə "Omid" adlı peyki uzaq mənzilli ballistik raketlə səmaya göndərməyi sınaqdan keçirib. Rusiya XİN İranın ballistik raketləri tez-tez sınaqdan keçirməsindən narahatlığını ifadə edib, Amerika isə bu sınaqları "təəssüf doğuran" adlandırıb.

Beynəlxalq məsələlər üzrə ekspert Bərati bazar ertəsi telefonla Londondan bildirib ki, İranın hərbi sahəyə ayırdığı vəsait İsrallə müqayisədə iki qat azdır. "İranın büdcəsi Almaniyanın bir əyalətinin büdcəsi qədər deyil, buna rəğmən, İran regiondakı ölkələri qorxutmaq üçün blefdən yararlanaraq uzaq məsafəli raket istehsal etdiyini tez-tez bildirir" - deyə Bərati bildirib.

Alman ekspertinin fikrincə, İranın regionda da hərbi baxımdan digər ölkələrlə müqayisədə üstünlüyü yoxdur və bu sahədə orta səviyyədə inkişaf edə bilib.

Fransalı ekspert Hüseyn Lacəvərdi isə bu gün telefonla Trend ə müsahibəsində bildirib ki, rəsmi Tehran həm ölkə daxilində, həm də xaricdə böhran yaratmağa maraqlıdır. Onun fikrincə, İran hakimiyyəti öz fəaliyyətini bu istiqamətdə davam etdirir. Fransalı ekspertin fikrincə, İranın nüvə silahı sahəsində bəyanatlarını blef yox, ciddi hesab etmək lazımdır. Buna sırf blef kimi baxmaq səhvdir. "İran gizli planları ilə bütün dünya üçün real təhlükə yaradır və gözlənilməz addımlar atması həmişə bir faktdır".

Məqalə müəllifi ilə dalga ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti