...

Ermənistan hökuməti sərbəst toplaşmaqla bağlı məhdudiyyətləri aradan qaldırmalıdır - Human Rights Watch

Dünya xəbərləri Materials 29 Mart 2008 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , K.Ramazanova / Ermənistan hökuməti "sərbəst toplaşmaqla bağlı məhdudiyyəti aradan qaldırmalı və dinc nümayişlər çərçivəsində müxalifət tərəfdarlarının həbslərini dayandırmalıdır". Bu barədə "Human Rights Watch" beynəlxalq təşkilatının məlumatında deyilir.

Mart ayının 25-dən 27-nə kimi Ermənistanda Yerevanın mərkəzində "xalq gəzintiləri" adı altında keçirilən dinc etiraz aksiyalarında iştirak edən təxminən 60 nəfər dinc aksiyaçı polis şöbələrinə aparılıb.

"Human Rights Watch"un Avropa və Mərkəzi Asiya üzrə direktoru Holi Kartnerin fikrincə, "Ermənistan hökuməti dinc aksiyaların keçirilməsinə icazə verməli, onları qadağan etməməlidir", çünki "yeni məhdudiyyətlər, əslində mart ayının 1-də baş vermiş zorakılıq hərəkətlərinə görə dinc nümayişçiləri cəzalandırır"

İnsan hüquqlarını qoruyan təşkilat israr edir ki, mart ayının 18-də Ermənistan parlamentində qəbul olunmuş yığıncaqlara məhdudiyyət qoyulması haqqında qanunvericilik dəyişiklik qeyri-müəyyəndir və Ermənistanın qəbul etdiyi öhdəçiliklərlə uyğun gəlmir.

"Ermənistan hökuməti qanunvericilik dəyişikliklərindən istifadə edərək, Azadlıq meydanında mitinq keçirmək üçün müxalifət partiyalarının müraciətlərinə minimum altı dəfə etiraz edib. Hökumət etirazın səbəbini 1 mart mitinqində baş vermiş zorakılıq əməllərinin iştirakçılarının yenidən növbəti mitinqlərdə də iştirakı edəcəyilə əsasdandırır" - deyə "Human Rights Watch"un bəyanatında bildirilir.

Eks-prezident Levon Ter-Petrosyanın başçılığı ilə Ermənistan müxalifəti fevral ayının 20-də Yerevanın mərkəzində, fəaliyyət göstərən Baş nazir Serj Sarkisyanın qalib gəldiyi seçkilərin nəticələrinə etiraz olaraq mitinqlər keçirib. Etiraz aksiyaları mitinqçilərlə qanun nümayəndələri arasında toqquşmaya səbəb olub.

Baş prokurorluğun məlumatına görə, 260 nəfərdən çox zərərçəkən olub, səkkiz nəfər həlak olub. Fəaliyyət göstərən prezident Robert Köçəryan mart ayının 1-də Yerevanda martın 20-dək fövqəladə vəziyyətin elan olunması barədə sərəncam imzalayıb. Prokurorluq hakimiyyətin zorakılıqla ələ keçirilməsi, konstitusiya quruluşunun pozulmasına istiqamətlənmiş kütləvi qiyamla bağlı cinayət işi açıb, işlə əlaqədar 106 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti