...

Gürcüstan parlamenti ölkənin MDB -də iştirakını müəyyən edən müqavilələrdən çıxıb

Dünya xəbərləri Materials 14 Avqust 2008 18:03 (UTC +04:00)
Gürcüstan parlamenti ölkənin MDB -də iştirakını müəyyən edən müqavilələrdən çıxıb

Gürcüstan, Tbilisi, 14 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə axşamı Gürcüstan parlamenti ölkənin MDB - də iştirakını müəyyən edən müqavilələrdən çıxıb. 117 deputat yekdilliklə bu müqavilələrin ləğvinin lehinə səs verib.

Ləğv ediləcək müqavilələr paketi 1991 - ci il 8 dekabr tarixli Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında qərar, dövlət başçılarının 1993 - cü il 22 yanvar tarixli Nizamnaməsi və 1993 - cü il 24 sentyabr tarixli iqtisadi əlaqələr haqqında müqaviləni əhatə edir. Gürcüstan prezidenti göstərilən təşəbbüslə parlamentə müraciət edib.

Parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri Pavle Kublaşvili aydınlaşdırıb ki, bu günkü qərar Gürcüstanın artıq MDB-nin üzvü və bu təşkilatla heç bir əlaqəmizin "olmaması" deməkdir. Ölkənin MDB - dən çıxması haqqında digər hüquqi prosedurlara gəldikdə isə, Kublaşvili qeyd edib ki, MDB-nin Nizamnaməsinə ölkənin bu təşkilatdan çıxması proseduru göstərilməyib və onun fikrincə, vaxtilə Rusiya bunu şüurlu şəkildə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti