...

Kiyev MDB-nin layihələrində iştirakının məqsədəuyğunluğunu təhlil edəcək – Ukrayna XİN

Dünya xəbərləri Materials 19 Avqust 2008 20:59 (UTC +04:00)

Ukrayna, Kiyev, 19 avqust/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna MDB-nin layihələrində iştirakının məqsədəuyğunluğunu təhlil edəcək. Bu barədə "Qlavred" saytında onlayn-konfransın gedişində Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko məlumat verib.

"Biz, şübhəsiz ki ,MDB-nin bu və ya digər layihələrində iştirakın məqsədəuyğunluğunu bir daha təhlil edəcəyik, belə ki ,təşkilatın adında göstərilib - Müstəqil Dövlətlər Birliyi. Əgər bu dostluqdursa, o zaman sual yaranır - bu dostluq həqiqidirmi və ya bir növ şirmadır?", - o bildirib.

Nazir xatırladıb ki Ukrayna MDB-nin üzvü deyil.

"Ukrayna bu təşkilatın hüquqi subyektivliyini qəbul etmir. Biz MDB İqtisadi Məhkəməsinin üzvü deyilik və MDB-nin Nizamnaməsini təsdiqləməmişik. Beləliklə, beynəlxalq hüquq baxımından biz bu təşkilatın üzvü hesab oluna bilmərik. Ukrayna üzv deyil, iştirakçı ölkədir", - Oqrızko bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti