...

Avropa İttifaqı - Qazaxıstan Əməkdaşlıq Şurası Astananı Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımamağa çağırıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2008 16:50 (UTC +04:00)

Qazaxıstan, Astana, 17 sentyabr/ Trend , müxbir K.Konırova/Avropa İttifaqı və Qazaxıstan Əməkdaşlıq Şurası rəsmi Astananı beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımamağa çağırıb. Bu barədə Brüsseldə keçirilmiş Aİ-Qazaxıstan Əməkdaşlıq Şurasının X iclasının yekunları üzrə pres-relizdə deyilir.

"Əməkdaşlıq Şurası regional əməkdaşlığın Orta Asiyada münaqişələrin qarşısının alınması və sosial iqtisadiyyatın inkişafında səmərəli vasitə olduğunu qeyd edib. Aİ Qazaxıstanın regiondakı stabilləşdirici roluna və onun regional əməkdaşlığı fəal dəstəkləməsinə müsbət qiymət verib", - məlumatda bildirilir.

Əməkdaşlıq Şurası Aİ-nin Mərkəzi Asiya üzrə həm milli, həm də regional səviyyədə həyata keçirilən strategiyasının irəliləməsini bəyənib. 

"Ötən il Avropa İttifaqı və Orta Asiya arasındakı əməkdaşlıq yeni keyfiyyət səviyyəsinə qədəm qoyub. Aİ Qazaxıstanın bu prosesə verdiyi töhfəni qeyd edib", - pres-relizdə qeyd edilib.

Qazaxıstan nümayəndə heyətinə ölkənin sənaye və ticarət naziri Vladimir Şkolnik, Aİ - nin nümayəndə heyətinə isə, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Jan-Pyer Juaye başçılıq edib.

Aİ - Qazaxıstan Şurasının iclasında Çexiya Respublikasının xarici işlər naziri Karel Şvarsenberq, Aİ-nin Orta Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morel və Avropa Komissiyasının xarici əlaqələr üzrə Baş direktorluğunun rəhbəri Eneko Landaburu da iştirak ediblər.   

Xəbər lenti

Xəbər lenti