...

Müxalifət lideri terrorizmlə mübarizədə nöqsanlara görə Türkiyə hökumətini ittiham edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2008 20:19 (UTC +04:00)

Türkiyə, Ankara, 08 oktyabr/ Trend müxbir A.Ələsgərov/ Türkiyənin aparıcı müxalifətyönlü Respublika - Xalq Partiyasının (RXP) lideri Dəniz Baykal parlament qrupunun iclasında çıxışında qeyd edib ki, Türkiyənin terrorizmlə bağlı mübarizədə problemləri var. "Cümhuriyyət" qəzetinin verdiyi xəbərə görə, o bəyan edib ki, Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gələnədək, terror hücumları, demək olar ki, dayanmışdı. RXP-nin lideri ölkə hökumətini terrorizm problemini anlamamaqda və ya onu başa düşməməyə üstünlük verməkdə ittiham edib. "Şimali İraq daha PKK terrorçuları üçün sığınacaq olmamalıdır", - Baykal bildirib. Baykalın sözlərinə görə, terrorçuların Aktütün zastavasına hücumu terrorizmlə mübarizədə mühüm nöqsanları aşkar edib.

Xəbər lenti

Xəbər lenti