...

Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvü seçilib

Dünya xəbərləri Materials 17 Oktyabr 2008 21:00 (UTC +04:00)
Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvü seçilib

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend / Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvü seçilib, CNN Turk kanalı xəbər verib.

Türkiyə ilə yanaşı BMT-nın Təhlükəsizlik Şurasına daimi üzv olmayan 2009-cu ilin yanvarın 1-dən Yaponiya, Avstriya, Meksika və Uqanda seçiliblər. Bu barədə cümə günü Baş Assambleyanan gizdin səsverməsindən sonra onun sədri Miqel Deskoto Brokman bildirib.

Seçilmək üçün Baş Assambleyanın üzvlərinin üç də ikisini səsinin qazanmaq lazımdır. Meksikaya səs verənlərin sayı - 185, Uqandaya - 181, Yaponiyaya - 168, Türkiyəyə - 161, Avstriyaya - 133 ölkə olmuşdur, RİA Novosti xəbər verir.

BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvləri iki il müddətinə seçilirlər, səlahiyətləri qurtarandan dərhal sonra onla yenidən seçilə bilərlər. TŞ yeni üzvlərinin səlahiyətlərinin icrası 1 yanvar 2009-cu ildən başlayır. Afrika və latın amerika qruplarında Uqanda və Meksika CAR və Panamanı dəişəcəklər. Avropa qruppasında Türkiyə və İslandiya - Belçika və İtaliyanın. Asiya qrupunda isə Yaponiya İndoneziyanın yerini tutub.

TŞ veto hüququna malik olan daimi üzvləri Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyadır. TŞ qərarlarının icrası BMT-nin bütün üzvləri tərəfindən əməl olunmalıdır.

Xəbər lenti

Xəbər lenti