Fələstin qruplaşmaları İsrail ərazilərinin raket atəşini dayandıracaqları barədə birgə bəyanatla çıxış ediblər. Bunu İsrailin "Ynet" agentliyi xəbər verir.
Bu qərar, HƏMAS-ın atəşkəsi pozanlara qarşı güc tərbiq edəcəyi barədə yayılan məlumatdan sonra verilib. Polis orqanları Secaya rayonunda reydlər həyata keçiriblər. Reydlərin məqsədi İsrail ərazisinə istiqamətlənmiş "kasam" raketlərinin startının qarşısını almaq olub.
İslam müqavimət hərakatının nümayəndələri isə bildiriblər ki, hazırda atəşkəsin pozulmasında maraqlı deyillər. Lakin qruplaşmaların bəzi üzvlərinin fikrincə HƏMAS təşkilatında atəşkəslə razı olmayanlar var.
İsrail də ölkənin cənubunda güc tətbiq olunmasından maraqlı deyil. Müdafiə nazirinin müavini Matan Vilnai deyib: "Biz guman edirik ki, atəşkəs pozulmayacaq. Biz bu razılaşmaya və atəşkəsə inanırıq. Görünür ki, vəziyyət sakitləşməyə döğru gedir".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]