...

CAR-ın şərqində iki yük maşınının toqquşmasından 23 nəfər həlak olub

Dünya xəbərləri Materials 12 Noyabr 2008 18:16 (UTC +04:00)

CAR-ın şərqində yerləşən Mpumalanqa şəhərində iki yük maşınının toqquşması nəticəsində 23 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə məlumatı çərşənbə günü Frans Press Agentliyi yerli polis işçilərinə istinadən yayıb.

"Yük maşınları çevrilərək şosse boyunca axan su ilə dolu xəndəyə düşüblər, 23 nəfər yerindəcə həlak olub, 9 nəfər isə yaralanıb" - Agentlik polis nümayəndələrindən sitat gətirir.

Hər iki maşının sürücüsünün həlak olduğu dəqiqləşdirilib.

Hələlik hadisə ilə bağlı müfəssəl məlumat verilmir. RİA Novosti istintaqın aparıldığı barədə məlumat verir.

Xəbər lenti

Xəbər lenti