Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Guardian" qəzetinə müsahibəsində bildirib ki, rəsmi Tehran eks-prezident Corc Buşun hakimiyyətinin son aylarında ABŞ ilə əlaqələrin yaxşılaşdırılmasında vasitəçilik etməsi üçün Ankaraya müraciət edib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
"İran Türkiyənin Tehranla Vaşinqton arasında vasitəçi olmasını istəyir və bununla bağlı İran Türkiyəyə müraciət edib", - deyə Ərdoğan bildirib. Ərdoğan deyib ki, əgər ABŞ Türkiyənin bu vasitəçilik rolunu qəbul edərsə, Ankara İranla ABŞ arasında vasitəşilik etməyə hazırdır.
Məqalə müəllifi ilə əlaqə [email protected]