...

İran-ABŞ münasibətlərinin yaxşılaşması Əfqanıstandakı vəziyyətə təsir etməyəcək - İranın Əfqanıstandakı səfiri

Dünya xəbərləri Materials 18 Mart 2009 12:18 (UTC +04:00)

İranın Əfqanıstandakı səfiri bildirib ki, İran-ABŞ münasibətlərinin yaxşılaşması Əfqanıstanda narkotiklərin dövriyyəsinin və Talibanın törətdiyi cinayətlərin azalmasına təsir etməyəcək. Bu barədə "Radiofərda" məlumat yayıb.

İranın Əfqanıstandakı səfiri Fəda Hüseyn Maliki martın 31-də Hollandiyada Əfqanıstanın gələcək perspektivlərinə həsr olunacaq konfransda İranın iştirak edib-etməyəcəyi haqda məlumat verməyib.

Əfqanıstanın xarici işlər naziri Rəngin Dadfər İspenta bildirib ki, İran və Qərb arasında münasibətlərin yaxşılaşması Əfqanıstanın xeyrinədir.

ABŞ dövlət katibi Hillari Klinton martın 31-də Hollandiyada keçiriləcək Əfqanıstanda vəziyyətin stabilləşməsinə həsr ediləcək konfransda iştirak üçün İranı dəvət etmişdi. İranın XİN sözçüsü  Həsən Qəşqavi İranın bu konfransda içtirak edəcəyini bildirsə də, az sonra bu bəyanatı təkzib etdi.

Xəbər lenti

Xəbər lenti