...

Türkiyədə Konstitusiyanın dəyişdirilməsi labüddür - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 24 Aprel 2009 13:48 (UTC +04:00)
Türkiyədə Konstitusiyanın dəyişdirilməsi  labüddür - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Konstitusiya Məhkəməsinin yeni binasının açılış mərasimində içtirak edərkən ölkədə Konstitusiyanın dəyişdirilməsinin labüdlüyü barədə bildirib. Bu haqda Türkiyənin Dünya Bületeni informasiya agentliyi məlumat verib.

"Hökumət olaraq hər zaman ədalətli bir sistemin qurulması üçün çalışmışıq. Türkiyədə Konstitusiyanın dəyişdirilməsi labüddür", - deyə Ərdoğan bildirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Köksal Toptan da aprelin 22-də keçirdiyi mətbuat konfransında ölkədə Konstitusiyanın dəyişdirilməsinə ehtiyac olduğunu bildirmişdi.

Baş nazir bundan əvvəl də martın 29-da ölkədə keçirilən bələdiyyə seçkilərindən sonra Konstitusiyaya qismən də olsa dəyişiklik ediləcəyi barədə qeyd etmişdi.

Xəbər lenti

Xəbər lenti