...

İtaliyanın "Edison" şirkəti İranın "Dir" blokunda kəşfiyyat işlərinə başlayıb

Dünya xəbərləri Materials 20 May 2009 18:37 (UTC +04:00)

Trend-i buradan izləyin

"İtaliyanın "Edison" şirkəti İranın "Dir" blokunun ilkin araşdırmasını başa vurub. Şirkət həmçinin, "Dir" blokunda seysmik və geofiziki proseslər barədə məlumatı da yeniləyib. Platformalar quraşdırılandan sonra şirkət kəşfiyyat işlərinə başlayacaq", - İranın Milli Neft Şirkətinin xarici investisiya və kəşfiyyat işləri üzrə direktoru Hüseyn Rövşəndil deyib. Məlumatı SHANA agentliyi yayıb.

Onun sözlərinə əsasən, quyuların yerləri təyin edilib və qazma işlərinin aparılması üçün avadanlıqların alınması ilə bağlı razılaşmalar imzalanıb. "Ümid edirəm ki, ilin sonunadək qazma işləri üçün avadanlıqlar quraşdırılacaq və "Dir" blokunda birinci quyu qazılacaq", - Rövşəndil qeyd edib.

İtaliyanın "Edison" şirkəti və İranın Neft Nazirliyi arasında "Dir" blokunun inkişaf etdirilməsi ilə bağlı 2008-ci ilin yanvarında razılaşma imzalanıb. Razılaşmaya əsasən, qazma işləri üçün 107 milyon dollar vəsait ayrılacaq. "Dir" bloku Fars körfəzinin 17 blokundan biridir.

Xəbər lenti

Xəbər lenti