...

İranda qəzaya uğramış Tu-154 təyyarəsinin üçüncü "qara qutusu" aşkarlanıb (ƏLAVƏ)

Dünya xəbərləri Materials 16 İyul 2009 16:31 (UTC +04:00)
İranda qəzaya uğramış Tu-154 təyyarəsinin üçüncü "qara qutusu" aşkarlanıb (ƏLAVƏ)

Çərşənbə günü İranın Qəzvin şəhəri yaxınlığında qəzaya uğrayan Tu-154 təyyarəsinin üçüncü "qara qutusu" aşkar olunub. Bu barədə İranın Qırmızı Xaç Cəmiyyətinin sədri Əhməd İsfəndiyarlı bildirib. Məlumatı MEHR agentliyi verib. O, bildirib ki, üçüncü "qara qutu" təyyarənin qəzaya uğradığı yerdən dörd kilometr aralıda aşkar edilib. O, İranın Uçuşların Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təqdim edilib. 

Üç "qara qutudan" ikisi dünən gecə tapılıb.

İyulun 15-də Qəzvin şəhərinin 20 kilometrliyində qəzaya uğrayan Tu-154 təyyarəsi İranın "Caspian Airlines" aviaşirkətinə məxsus olub. O, Tehran-Yerevan marşrutu üzrə hərəkət edib. Qəza, təyyarə İmam Xomeyni adına Beynalxalq Tehran aeroportundan uçduqdan 16 dəqiqə sonra, yerli vaxtla təqribən 11:50-da baş verib. Təyyarənin bortunda 168 nəfər olub, onlardan 153-ü sərnişindir ki, onların da içərisində dörd uşaq var idi. 15 nəfər isə ekipaj üzvüdür. Onların hamısı həlak olub.   

Xəbər lenti

Xəbər lenti