...

Təl-Əvivdə Fələstin və İsrail rəsmiləri arasında ilk görüş keçirilib

Dünya xəbərləri Materials 30 İyul 2009 20:52 (UTC +04:00)
Təl-Əvivdə Qəzza bölgəsində İsrailin hərbi əməliyyatlarının dayandırılmasından sonra israillilər və fələstinlilər arasında nazirlər səviyyəsində ilk görüş keçirilib. İsrailin Baş nazirinin müavini Silvan Şalom Fələstinin iqtisadiyyat nazirinin nümayəndəsi Basim Xori ilə çərşənbə günü Təl-Əvivdə konfransda görüşüb.
Təl-Əvivdə Fələstin və İsrail rəsmiləri arasında ilk görüş keçirilib

Təl-Əvivdə Qəzza bölgəsində İsrailin hərbi əməliyyatlarının dayandırılmasından sonra israillilər və fələstinlilər arasında nazirlər səviyyəsində ilk görüş keçirilib. Bu barədə Türkiyənin CİHAN agentliyi məlumat verib.

İsrailin Baş nazirinin müavini Silvan Şalom Fələstinin iqtisadiyyat nazirinin nümayəndəsi Basim Xori ilə çərşənbə günü Təl-Əvivdə konfransda görüşüb. Hər iki tərəf danışıqlarda öz hökumətlərinin tezliklə sülh bağlamağa hazır olduqlarını bildiriblər. Fələstin nümayəndəsi Xori məlumat verib ki, bu görüş ikitərəfli olmayıb. Lakin əlavə edib ki, bu, Fələstin rəsmi şəxslərinin yeni İsrail hökumətinin nümayəndələri ilə ilk görüşüdür.

"Ümid edirəm ki, bu görüş sonuncu olmayacaq", - Xori deyib.

Yanvarda "Əridilmiş qurğuşun" hərbi əməliyyatının başa çatmasından sonra Fələstin Administrasiyası İsrail tərəfi ilə sülh danışıqlarını davam etdirməkdən imtina etmişdi. İsraildə sağçıların nümayəndələrinin Qərb Sahilində yəhudi yaşayış məntəqələrinin tikintisinin davam etdirilməsi və Qüdsün (Yerusəlim) İsrailin vahid paytaxtı kimi saxlanılacağı barədə bəyanatından sonra proses mürəkkəbləşmişdi.

Xəbər lenti

Xəbər lenti